...

Zaqatalada yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Hadisə Materials 23 Aprel 2013 11:47 (UTC +04:00)
Aprelin 21-də Zaqatalada avtomobillə vurulduqdan sonra xəstəxanaya yerləşdirilmiş üç qadından biri - Ömərova Sevil Ömər qızı həkimlərin səylərinə baxmayaraq, ötən gün xəstəxanada dünyasını dəyişib.
Zaqatalada yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 21-də Zaqatalada avtomobillə vurulduqdan sonra xəstəxanaya yerləşdirilmiş üç qadından biri - Ömərova Sevil Ömər qızı həkimlərin səylərinə baxmayaraq, ötən gün xəstəxanada dünyasını dəyişib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Zaqatala Mərkəzi rayon Xəstəxanasından bildiriblər ki, aprelin 21-də Zaqatalada avtomobillə vurulan, açıq kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən, 1964-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Ömərova Sevil Ömər qızı həkimlərin səylərinə baxmayaraq, aprelin 22-də, axşam saat 21:00 radələrində xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aprelin 21-də günorta saat 14:20 radələrində rayonun Aşağı Tala kəndi ərazisində, rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Nəzərov Abdulkərim Cuma oğlu atası Cuma Nəzərova məxsus "Opel-Vektra" markalı avtomobili idarə edərkən, yolu keçmək istəyən Aşağı Tala kənd sakinləri 1994-cü il təvəllüdlü Mirzəyeva Ramilə Məhəmməd qızını, onun anası, 1964-cü il təvəllüdlü Mirzəyeva Gülgəz Zakir qızını və yaxın qohumları, 1964-cü il təvəllüdlü Ömərova Sevil Ömər qızını vurub.

Xəstəxanadan bildirilib ki, Gülgəz Mirzəyevanın və qızı Ramilənin vəziyyəti hazırda orta-stabil hesab edilir, müalicələri davam etdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlayıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti