...

Moskvanın mərkəzində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 23 Aprel 2013 17:53 (UTC +04:00)
Moskvanın mərkəzində Yeni Arbatda baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Moskvanın mərkəzində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Moskvanın mərkəzində Yeni Arbatda baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS-a hüquq mühafizə orqanlarından bildiriblər.

"Yeni Arbatda 7 nömrəli evin yaxınlığında partlayış olub", - mənbə deyib. İlkin məlumata görə, iki nəfər yaralanıb.

Hazırda hadisə yeri əhatəyə alınıb. Partlayış yerində polis əməkdaşları işləyirlər. Onlar hadisənin təfərrüatlarını müəyyənləşdirirlər.

"Məhz nəyin partladığı araşdırılır", - mənbə qeyd edib.

Lakin FHN-in Moskva üzrə Baş İdarəsi partlayışın baş verdiyini təsdiq etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti