...

Bakıda avtobus kafeyə çırpılıb, xəsarət alanlar var

Hadisə Materials 23 Aprel 2013 17:35 (UTC +04:00)
Biləcəri qəsəbəsində 91 saylı marşrut xətti üzrə hərəkət edən "Otoyol" markalı avtobus Biləcəri dairəsinin yanında qəza törədərək kafeyə çırpılıb.
Bakıda avtobus kafeyə çırpılıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Biləcəri qəsəbəsində 91 saylı marşrut xətti üzrə hərəkət edən "Otoyol" markalı avtobus Biləcəri dairəsinin yanında qəza törədərək kafeyə çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib. Xəsarət almış 4 nəfərə yerindəcə ilkin tibbi yarım göstərilib. Həmin şəxslərin aldığı xəsarətlərin dərəcələri yüngül olduğu üçün xəstəxanaya yerləşdirilməyib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, təcili yardım briqadasının maşınları hadisə yerinə çatana qədər artıq şəxsi avtomobillərlə bəzi yaralı sərnişinlər yardım göstərilməsi üçün xəstəxanalara aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti