...

Şəkidə yol qəzası baş verib

Hadisə Materials 23 Aprel 2013 21:49 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, çərşənbə axşamı axşam Şəkinin Məmmədəmin Rəsulzadə prospektində yol qəzası baş verib.
Şəkidə yol qəzası baş verib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Trend Kanal S-ə istinadən xəbər verir ki, çərşənbə axşamı axşam Şəkinin Məmmədəmin Rəsulzadə prospektində yol qəzası baş verib.

Hadisə nəticəsində Şəki sakini Lətifov Eldənizin idarə etdiyi "Mersedes" markalı avtomobillə, Zaqatala sakini, Şəkidə hərbi hissələrdən birində müddətdən artıq xidmət edən Zelixov Şamilin idarə etdiyi "VAZ-21015" markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmasada avtomobillərə ziyan dəyib. Qəzaya ilkin səbəb olaraq "VAZ" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi və "Mersedes" markalı nəqliyyat vasitəsinin hərəkət istiqamətinin əks istiqamətdə hərəkət edib qəza yaratması göstərilir.

Faktla bağlı Şəki şəhər polis şöbəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti