...

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

Hadisə Materials 24 Aprel 2013 10:05 (UTC +04:00)
Qazaxıstanda Müdafiə Nazirliyinə məxsus MiQ-31 təyyarəsi qəzaya uğrayıb.
Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E. Tanrıverdiyev/

Qazaxıstanda Müdafiə Nazirliyinə məxsus MiQ-31 təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qazaxıstanın Baş Hərbi Prokurorluğunun rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, qəza aprelin 23-də Qaraqanda rayonunun Prostorno kəndi ərazisində baş verib. Təyyarədə olan iki heyət üzvü paraşütlə tullanmağa müvəffəq olsalar da, yerə enmə zamanı komandir həlak olub. Şturman isə axtarış-xilasetmə qrupu tərəfindən aşkar edilib və xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti