...

Şəmkirdə qəza törədən sürücü əmisi oğlunun ölümünə səbəb oldu

Hadisə Materials 24 Aprel 2013 10:28 (UTC +04:00)
Trend “Türkel TV”-yə istinadən bildirir ki, aprelin 23-də saat 22:40 radələrində Şəmkir rayonu Sabirkənd sakini Zamiq Eyyubov tərəfindən yüksək sürətlə idarə olunan “VAZ-2106” markalı avtomobil Bakı-Qazax avtomagistralının 411 km-də, Düyərli kəndi ərazisində idarə etməni itirərək ağaca çırpılıb.
Şəmkirdə qəza törədən sürücü əmisi oğlunun ölümünə səbəb oldu

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Şəmkirdə qəza törədən sürücü əmisi oğlunun ölümünə səbəb olub.

Trend "Türkel TV"-yə istinadən bildirir ki, aprelin 23-də saat 22:40 radələrində Şəmkir rayonu Sabirkənd sakini Zamiq Eyyubov tərəfindən yüksək sürətlə idarə olunan "VAZ-2106" markalı avtomobil Bakı-Qazax avtomagistralının 411 km-də, Düyərli kəndi ərazisində idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu, 20 yaşlı Rəşid Eyyubov hadisə yerindəcə dünyasını dəyişib. Zamiq Eyyubov isə ciddi xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, son günlər Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonları ərazisində qeydə alınan avtomobil qəzaları zamanı 5 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti