...

Körpünün altından keçmək istədi, yük maşınını aşırdı...(VIDEO)

Hadisə Materials 24 Aprel 2013 12:28 (UTC +04:00)
Yük maşınındakı zavod avadanlıqları yola dağılıb.
Körpünün altından keçmək istədi, yük maşınını aşırdı...(VIDEO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Mənzilbaşına bir neçə kilometr qalmış maşındakı bütün avadanlıqlar yerlə-yeksan oldu.

Trend-in "Türkel TV"yə istinadən bildirir ki, ötən gün axşam saat 22.00 radələrində İrandan Qazaxa zavod avadanlıqları gətirən yük maşını Bakı-Qazax-Gürcüstan sərhəd yolunun 461-ci kilometrliyində magistraldan 4,5 metr hündürlükdə olan dəmiryol körpüsünün altından keçən zaman ona toxunub.

Yük maşınındakı zavod avadanlığı yola dağılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, körpü və onun ətrafındakı su və qaz xətti, həmçinin yol kənarındakı hasar zədələnib. İran Astarasından yük gətirən sürücü Füruhər Neymani TTV-yə bildirib ki, körpünün altından keçə biləcəyini zənn edib. O, hadisədə özünün günahkar olduğunu deyir.

Körpüyə dəyən maşının yük yeri demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Qeyd edək ki, İrandan Qazax rayonundakı sement zavoduna yük gətirən "VOLVO" markalı yük maşını mənzilbaşına cəmi bir neçə kilometr qalmış hadisəni törədib.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti