...

Bakı və Şirvanda qadınların saxladıqları əxlaqsızlıq yuvaları aşkar edilib

Hadisə Materials 24 Aprel 2013 16:05 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakinləri Mətanət Qaracayevanın və Yasəmən Rəşidovanın Bakı şəhəri Azadlıq prospektindəki mənzillərin birində əxlaqsızlıq yuvası saxlamaları və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.
Bakı və Şirvanda qadınların saxladıqları əxlaqsızlıq yuvaları aşkar edilib

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əxlaqsızlıq yuvası müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakinləri Mətanət Qaracayevanın və Yasəmən Rəşidovanın Bakı şəhəri Azadlıq prospektindəki mənzillərin birində əxlaqsızlıq yuvası saxlamaları və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Məryəm Qasımovanın mənzilində, "Gülüstan" kafesində isə oranın sahibi Ceyran Novruzovanın əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti