...

Bakıda dilənçiliklə məşğul olan 9 azyaşlı saxlanılıb

Hadisə Materials 24 Aprel 2013 16:14 (UTC +04:00)
Avaralıq və dilənçiliklə məşğul olan 15 nəfər saxlanılıb. Onlardan 9-u azyaşlıdır.
Bakıda dilənçiliklə məşğul olan 9 azyaşlı saxlanılıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Avaralıq və dilənçiliklə məşğul olan 15 nəfər saxlanılıb. Onlardan 9-u azyaşlıdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 15 nəfər (onlardan 1-i kişi, 5-i qadın, 9-u isə azyaşlı olub) saxlanılıb.

Onlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti