...

Bakıda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə qalıblar

Hadisə Materials 24 Aprel 2013 21:29 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.
Bakıda mənzildə azyaşlı uşaqlar köməksiz vəziyyətdə qalıblar

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bakıda azyaşlı uşaqlar bağlı qapı arxasında qalıblar.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti