...

İraqda sünni döyüşçülər şəhəri ələ keçiriblər

Hadisə Materials 25 Aprel 2013 03:00 (UTC +04:00)
İraqda sünni döyüşçülər Bağdadın şimalında Səlahəddin vilayətindəki kiçik Süleyman-bəy şəhərini ələ keçiriblər.
İraqda sünni döyüşçülər şəhəri ələ keçiriblər

Azərbaycan, Bakı, 25 aprel /Trend/

İraqda sünni döyüşçülər Bağdadın şimalında Səlahəddin vilayətindəki kiçik Süleyman-bəy şəhərini ələ keçiriblər. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Yerli icra hakimiyyətinin nümayəndəsi Şalal Əbdülbabanın sözlərinə görə, hökumətin təhlükəsizlik qüvvələri şəhəri tamamilə tərk ediblər. Hazırda şəhərə silahlı üsyançılar nəzarət edir.

Şəhərə nəzarətin itirildiyini Səlahəddin Vilayət Şurasının üzvü Niyazi Maamaroğlu da təsdiq edib.

Qeyd edək ki, İraqda son iki gündə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 100 nəfər ölüb, ən azı 187 nəfər xəsarət alıb. İğtişaşlara çərşənbə axşamı əl-Huveycdə nümayişlərin qarşısının alınması zamanı 30 nəfərin ölümü səbəb olub. Həmin vaxt polislər Baş nazirin apardığı siyasətə qarşı çıxan sünni nümayişçilərin çadır düşərgəsinə hücum edərək onları qovmağa çalışmışdılar. Şahidlərin sözlərinə görə, hər iki tərəfdən atəş səsləri eşidilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti