...

Ağdaşda avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Hadisə Materials 25 Aprel 2013 04:56 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonunda "QAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Ağdaşda avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Ağdaşda minik maşını dirəyə çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonunda "QAZ" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə olan sərnişin aldığı müxtəlif bədən xəsarətləri ilə maşında sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti