...

ABŞ-da iki barja partlayıb

Hadisə Materials 25 Aprel 2013 10:32 (UTC +04:00)
ABŞ-ın Alabama ştatında təbii qazla dolu iki barja partlayıb.
ABŞ-da iki barja partlayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

ABŞ-ın Alabama ştatında təbii qazla dolu iki barja partlayıb. Trend-in ABŞ KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Mobil şəhərində olan eyniadlı çayın üzərində yerləşən barjalarda baş verib.

Partlayışlardan sonra barjalarda yanğın baş verib. Hadisə yerinə gələn xilasedicilər daha iki partlayış haqqında məlumat veriblər.

Partlayış nəticəsində 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Partlayışın səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti