...

Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib

Hadisə Materials 25 Aprel 2013 20:51 (UTC +04:00)
Bu gün Azərbaycanda axşam saatlarında bir neçə yanğın hadisəsi baş verib.
Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Azərbaycanda axşam saatlarında bir neçə yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Biləsuvar rayonu, Səmədabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı evə bitişik ümumi sahəsi 140 kv.m olan talvarın yanar konstruksiyaları 14 kv.m sahədə və həyətdə dayanmış "Qaz" markalı yük avtomobilinin mühhərrikində elektrik avaddanlıqları və kabina hissəsi yanıb. Talvarın, avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqda yerləşən evlər yanğından mühafizə olunub. Yanğın saat 17:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Salyan rayonu, Yuxarı Noxudlu kəndində (rayon mərkəzindən 5 km aralı) məxsus ümumi sahəsi 96 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 9 ton ot bağlamasının 3 tonu yanıb. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti