...

Bakıda çoxlu dərman qəbul edən qadın ölüb

Hadisə Materials 26 Aprel 2013 09:58 (UTC +04:00)
Binəqədi sakini dərman zəhərlənməsindən xəstəxanada ölüb.
Bakıda çoxlu dərman qəbul edən qadın ölüb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İzzət/

Binəqədi sakini dərman zəhərlənməsindən xəstəxanada ölüb.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, ev 2, mənzil 56-da yaşayan 1950-ci il təvəllüdlü Abdullayeva Svetlana Sabir qızı evdə müxtəlif növ dərman həbləri qəbul edərək zəhərlənib.

Nəticədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Abdullayeva xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. Hazırda bunun intihar cəhdi ilə bağlı olub-olmadığı dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti