...

Türkiyə vətəndaşı Bakıda xəstəxanada öldü

Hadisə Materials 26 Aprel 2013 10:03 (UTC +04:00)
Bakıda bir həftə öncə xəstəxanaya yerləşdirilmiş Türkiyə vətəndaşı ölüb.
Türkiyə vətəndaşı Bakıda xəstəxanada öldü

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda bir həftə öncə xəstəxanaya yerləşdirilmiş Türkiyə vətəndaşı ölüb.

Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 25-də Türkiyə vətəndaşı, 1944-cü il təvəllüdlü Demirçi Hüseyin Bekir oğlu Bakıda 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb.

Qeyd edək ki, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsindəki evdə yaşayan Demirçi aprelin 19-da infarktdan sonrakı kardioskleroz və kəskin ürək çatışmazlığı diaqnozu ilə həmin xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti