...

Qusarda 21 yaşlı gənc dəm qazından zəhərlənib

Hadisə Materials 27 Aprel 2013 07:43 (UTC +04:00)
Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Qusarda 21 yaşlı gənc dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Qusar rayonunun Çiləgir kəndinə qonaq gələn 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Elçin Kamil oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti