...

Gəncənin ən böyük ailəvi istirahət mərkəzində yanğın baş verib (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 Aprel 2013 07:55 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin "Yeni Gəncə" yaşayış massivindəki "Çinar" istirahət mərkəzində güclü yanğın hadisəsi baş verib.
Gəncənin ən böyük ailəvi istirahət mərkəzində yanğın baş verib (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər aprelin 26-sı saat 23:24-də yayılıb)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Gəncənin ən böyük ailəvi istirahət mərkəzində yanğın baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin "Yeni Gəncə" yaşayış massivindəki "Çinar" istirahət mərkəzində güclü yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə Kəpəz və Nizami rayonlarının 6 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğın təxminən 800 kvadratmetr ərazisi olan çay evinin 120 kvadratmetrlik bufet hissəsində baş verib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Havanın küləkli olması və çay evinin yaxınlığında qazdoldurma məntəqəsinin fəaliyyəti nəzərə alınaraq, əraziyə qazın və elektrik enerjisini verilişi dayandırılıb.

Hazırda Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsi tərəfindən yanğının hansı səbəbdən baş verdiyi və çay evinə dəyən ziyanın məbləği araşdırılır.

"Yanğın çay evinin 120 kvadratmetrlik bufet hissəsində qeydə alınıb. 50 kvadratmetr tamamilə yanaraq külə dönüb, 50 kvadratmetr ərazinin isə yanğından mühafizə olunması üçün söküntü işləri aparılıb", - İdarənin rəis müavini Rahib Nadirov deyib.

20 kvadratmetr ərazi yanğından xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti