...

Bakı sakini dərmandan zəhərlənərək ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib

Hadisə Materials 27 Aprel 2013 13:30 (UTC +04:00)
Bakı sakini dərmandan zəhərlənərək ölüb.
Bakı sakini dərmandan zəhərlənərək ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Bakı sakini dərmandan zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Rayon sakini Svetlana Abdullayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb. Hazırda fakt üzrə araşdırma aparılır.

Dünən, həmçinin Sumqayıt şəhər sakinləri Sevinc Cəfərova, Sevinc Abbasova və Goranboy rayon sakini Şəhanə Həsənova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Xırdalan şəhər sakini Cavid Nəbiyev, Mehdiabad qəsəbə sakini Əliyeva Vəfa isə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti