...

Əfqanıstanda ISAF-a məxsus vertolyot qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 Aprel 2013 23:26 (UTC +04:00)
Beynəlxalq koalisiyanın 4 hərbi qulluqçusu bu gün Əfqanıstanın cənubunda, ehtimala görə, hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Əfqanıstanda ISAF-a məxsus vertolyot qəzaya uğrayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Əfqanıstanın Zabul əlyalətində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) məxsus vertolyot qəzaya uğrayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Zabul polis rəisi Qulam Cəlali Fərahi vertolyotun əyalətin Şahcoy rayonunda qəzaya uğradığını bildirib.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini deyən Fərahi, vertolyotdakıların xəsarət alıb-almadığı barədə məlumatın olmadığını söyləyib.

Şahcoy rayonunun icra başçısı Məhəmməd Siddiq vertolyotun rayonun Bağegi adlanan ərazisində əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğradığını bildirib.

Vertolyotda neçə nəfərin olduğu barədə açıqlama verilmir.

Qeyd edək ki, bundan əvvəl "Assoşieyted Press" agentliyi NATO-nun Kabuldakı nümayəndəsinə istinadən məlumat verirdi ki, beynəlxalq koalisiyanın 4 hərbi qulluqçusu bu gün Əfqanıstanın cənubunda, ehtimala görə, hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

İlkin məlumata görə, qəzada döyüşçülərin əli olduğu güman edilmir.

Mənbə digər təfərrüatlar barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti