...

Türkiyəyə məxsus gəmi Aralıq dənizində qəzaya uğrayıb, ən azı 10 nəfər itkin düşüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 29 Aprel 2013 11:59 (UTC +04:00)
Türkiyəyə məxsus “Piri Rəis” yük gəmisi Aralıq dənizinin Yunanıstana məxsus hissəsində digər yük gəmisi ilə toqquşub.
Türkiyəyə məxsus gəmi Aralıq dənizində qəzaya uğrayıb, ən azı 10 nəfər itkin düşüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Türkiyəyə məxsus "Piri Rəis" yük gəmisi Aralıq dənizinin Yunanıstana məxsus hissəsində digər yük gəmisi ilə toqquşub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər yayıb.

Bildirilir ki, qəza nəticəsində Türkiyəyə məxsus gəmi heyətindən 10 nəfər itkin düşüb. Gəminin göyərtəsində Suriya əsilli 17 dənizçi olub.İlkin məlumatlara görə, Antiqua və Barbuda bayrağı altında üzən digər gəmi - "ConSouth" gəmisi ciddi zədə almayıb və 16 heyət üzvünün hamısı təhlükəszilikdədir.

"Hürriyət" qəzetinin verdiyi məlumata görə, "ConSouth" gəmisinin heyət üzvləri arasında Rusiya, Filippin və Polşadan olan dənizçilər var. Onlardan heç kim xəsarət almayıb.

Hadisənin təfərrüatları və heyət üzvlərinin vəziyyəti ilə bağlı dəqiq məlumatlar aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti