...

Əfqanıstanda ISAF-a məxsus təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 30 Aprel 2013 01:01 (UTC +04:00)
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) məxsus mülki təyyarə qəzaya uğrayıb.
Əfqanıstanda ISAF-a məxsus təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) məxsus mülki təyyarə qəzaya uğrayıb.

Trend Türkiyənin "Sabah" onlayn-qəzetinə istinadən məlumat verir ki, Baqram əyalətinin təhlükəsizlik qüvvələrinin rəhbəri Zümerey Nasiri ISAF-a məxsus təyyarənin günorta saatlarında Baqramdan havaya qalxmasından sonra yerə çırpıldığını söyləyib. Nasiri təyyarənin texniki problem üzündən qəzaya uğradığını bildirib.

"Taliban" məsuliyyəti öz üzərinə götürsə də, koalisiya qüvvələrindən "Taliban"ın iddialarının doğru olmadığını bildiriblər: "Hadisədə düşmən əli yoxdur".

Təcili yardım qüvvələri dərhal hadisə yerinə yollanıblar.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində 7 nəfər həlak olub.

Bir müddət əvvək koalisiya qüvvələrinin mətbuat katibi Luka Karniel də təyyarənin havaya qalxdıqdan sonra alçaqdan yerə düşdüyünü, lakin hava gəmisində neçə nəfərin olduğu və təyyarənin hansı şirkətə məxsus olduğu barədə hər hansı məlumatı olmadığını demişdib.

ISAF-dan ölən və ya xəsarət alanlar barədə daha sonra açıqlama veriləcəyini bildiriblər.

Qeyd edək ki, iki gün əvvəl də ISAF-a aid bir təyyarənin Əfqanıstanın Zabul vilayətində qəzaya uğraması nəticəsində 4 NATO əsgəri ölmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti