...

Suriyada xəsarət alanlar Türkiyə xəstəxanasına yerləşdirilib

Hadisə Materials 30 Aprel 2013 05:11 (UTC +04:00)
Suriyanın İdlib şəhərində baş vermiş hadisələr zamanı xəsarət alan 10-dan çox suriyalı Türkiyənin Reyhanlı Dövlət Xəstəxanasına yerləşdirilib.
Suriyada xəsarət alanlar Türkiyə xəstəxanasına yerləşdirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Suriyanın İdlib şəhərində baş vermiş hadisələr zamanı xəsarət alan 10-dan çox suriyalı Türkiyənin Reyhanlı Dövlət Xəstəxanasına yerləşdirilib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, İdlib şəhərinin kəndlərində baş vermiş hadisələr zamanı yaralandıqları bildirilən suriyalılar təcili yardım maşınları ilə sərhəddən Hatay vilayətinin Reyhanlı rayonundakı dövlət xəstəxanasına gətirilib.

Xəstəxana ətrafında mühafizəçilərin dayandığı və təcili yardım xidmətinə müvəqqəti olaraq başqa xəstələrin qəbul edilmədiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti