...

Suriyada italiyalı jurnalist itkin düşüb

Hadisə Materials 30 Aprel 2013 07:29 (UTC +04:00)
İtaliyanın "La Stampa" qəzeti reportajlar hazırlaması üçün bu ayın əvvəlində Suriyaya göndərdiyi müxbiri Domeniko Kviriko ilə 20 gündür əlaqə yarada bilmir.
Suriyada italiyalı jurnalist itkin düşüb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

İtaliyanın "La Stampa" qəzeti reportajlar hazırlaması üçün bu ayın əvvəlində Suriyaya göndərdiyi müxbirlə 20 gündür əlaqə yarada bilmir. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

"Reportaj üçün Suriyanın Hums şəhərinə göndərdiyimiz müxbir Domeniko Kviriko ilə 20 gündür əlaqə yarada bilmirik", - "La Stampa" qəzetinin baş redaktoru Mario Kalabresi deyib.

Kvirikonun aprelin 6-da Suriyaya Livan sərhədindən daxil olduğunu və qarşıdurmaların daha da kəskin olduğu Hums şəhəri yaxınlığına getdiyini deyən Kalabresi müxbirlə son dəfə aprelin 9-da əlaqə saxladıqlarını bildirib.

"La Stampa"nın baş redaktoru müxbirin ailəsi ilə razılığa gələrək bu barədə İtaliya Xarici İşlər Nazirliyinə məlumat verdiklərini və araşdırmaların nazirlik tərəfindən aparıldığını vurğulayıb.

İtaliyanın ANSA xəbər agentliyi də xarici işlər naziri Emma Boninonun bu məsələ ilə şəxsən məşğul olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti