...

Qəbələdə zəlzələ olub

Hadisə Materials 30 Aprel 2013 14:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 14:30-da Qəbələ rayonundan 17 km şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Qəbələdə 3, İsmayıllı, Qusar və digər yaşayış məntəqələrində 3-2 bal gücündə hiss olunub.
Qəbələdə zəlzələ olub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Qəbələ rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 14:30-da Qəbələ rayonundan 17 km şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Qəbələdə 3, İsmayıllı, Qusar və digər yaşayış məntəqələrində 3-2 bal gücündə hiss olunub.

Zəlzələnin maqnitudası 4.10, dərinliyi 6 km olub.

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti