...

Ərdoğanın evi qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib

Hadisə Materials 1 İyun 2013 13:31 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın evi qarşında təhlükəsizlik tədbirləri gücləndirilib.
Ərdoğanın evi qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı evi qarşında təhlükəsizlik tədbirləri artırılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin İHLAS xəbər agentliyi məlumat verib.

Agentliyin verdiyi məlumata əsasən, Ərdoğanın evi qarşında çevik polis alayına məxsus qüvvələr, su şırnaqları və çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib.

Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanında Gezi parkındakı nümayişçilərə dəstək aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Taksim meydanındakı Gezi parkında gərginlik davam edir.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib. Lakin polisin müdaxiləsindən sonra nümayiş dağıdılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti