...

Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Hadisə Materials 2 İyun 2013 15:13 (UTC +04:00)
Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin eyvanına qalxaraq içəri daxil olub və azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:08-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti