...

Suriyada son bir gündə 73 nəfər həlak olub

Hadisə Materials 3 İyun 2013 04:51 (UTC +04:00)
Suriyada ordunun ölkə daxilində müxalifətə qarşı ağır silahlardan istifadə etməklə keçirdiyi əməliyyatlar 73 nəfərin ölümünə səbəb olub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Suriyada son bir gündə 73 nəfər həlak olub

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Suriyada ordunun ölkə daxilində müxalifətə qarşı ağır silahlardan istifadə etməklə keçirdiyi əməliyyatlar 73 nəfərin ölümünə səbəb olub. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Suriya İnsan Haqları Təşkilatı son bir gündə ordu birləşmələrinin müxaliflərə qarşı hava və qurudan apardığı əməliyyatlar nəticəsində paytaxt Dəməşqin müxtəlif yerlərində 28, Humsda 14, Dəra və Hələbdə hər birində 12, Rakka, İdlib və Kuneytrada hər birində 2 və Deyruz Zorda bir olmaqla 73 nəfərin həlak olduğunu bəyan edib.

Bu arada Suriya İnqilabi Şurası Hələbə "Scud" raketlərinin zərbəsi nəticəsində ölən və yaralıların olduğunu bildirib.

Şura başda Kusayr olmaqla Hums, Dəməşq və Dərada silahlı müxalifətlə ordu arasında şiddətli qarşıdurmaların baş verdiyini qeyd edib.

Suriyanın SANA rəsmi xəbər agentliyi təhlükəsizlik qüvvələrinin müxtəlif şəhərlərdə apardığı əməliyyatlar zamanı xeyli sayda silahlı qrup zərərsizləşdirildiyini bildirir.

Xəbər lenti

Xəbər lenti