...

Türkiyədə nümayişçilər hakim partiyanın daha bir binasını yandırıblar

Hadisə Materials 4 İyun 2013 09:52 (UTC +04:00)
Türkiyədə nümayişçilər hakim partiyanın daha bir binasını yandırıblar.
Türkiyədə nümayişçilər hakim partiyanın daha bir binasını yandırıblar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin İzmir şəhərində nümayişçilər hakim partiyanın daha bir binasını yandırıblar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Zaman" qəzeti yazıb.

Qəzetin verdiyi məlumata görə, hakim partiyanın binası tamamilə yanıb və bu, İzmir şəhərində hakimiyyətdə olan partiyanın binasının yandırılması ilə bağlı artıq ikinci haldır.

Türkiyənin bir çox şəhərlərində İstanbulun mərkəzindəki Gezi parkında nümayişçilərə dəstək olaraq etiraz aksiyaları keçirilir. Etiraz edənlər parkın məhv edilməsinə qarşı çıxış edirlər.
Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edir.

Türkiyə KİV-nin verdiyi məlumata görə, ölkənin şəhərlərində baş verən qarşıdurmalar nəticəsində bir nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti