...

Goranboyda ermənilərə məxsus silah-sursat aşkarlanıb

Hadisə Materials 6 İyun 2013 20:27 (UTC +04:00)
Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib. Aşkarlanan sursatı Xocalı polisi müsadirə edib.
Goranboyda ermənilərə məxsus silah-sursat aşkarlanıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib. Aşkarlanan sursatı Xocalı polisi müsadirə edib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Xocalı Rayon Polis Şöbəsinə edilən anonim zəngdən sonra hüquq-mühafizə orqanı əməkdaşları Goranboy rayonunun əvvəllər ermənilər yaşayan Manas (hazırkı Yenikənd) kəndində erməni qəbiristanlığına baxış keçiriblər. Meşəlik ərazidə araşdırma zamanı torpağa basdırılmış müxtəlif növ silah və sursatlar aşkar edilib.

Xocalı Rayon Polis Şöbəsinin müstəntiqi Elxan İbrahimovun bildirdiyinə görə, silahların Qarabağ müharibəsi dönəmində əraziyə ermənilər tərəfindən basdırıldığı ehtimal olunur: "1 ədəd 4.45 mm AKA-74 markalı avtomat, 1 ədəd Rusiya istehsalı olan Naqan tapança, 1 ədəd xarici istehsal olan tapança, 3 ədəd 7.62 mm kalibrli beşaçılan tüfəng, 1 ədəd 7.62 mm beşaçılan tüfəngin lüləyi, 4 ədəd avtomat sandığı, 1 ədəd süngü bıçaq və 3500 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq tərəfimizdən götürülüb".

Polis silahların cinayətlərdə istifadə olunub-olunmadığını araşdırır.

Qeyd edək ki, Xocalı Rayon Polis Şöbəsi tərəfindən aşkar olunan silah-sursat araşdırıldıqdan sonra aidiyyəti orqanlara təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti