...

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyyə olunub

Hadisə Materials 7 İyun 2013 17:25 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, binanın 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan dördotaqlı mənzilin dəhlizinin və sanitar qovşağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyyə olunub

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Mehdiyev/

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, binanın 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan dördotaqlı mənzilin dəhlizinin və sanitar qovşağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xilas olunub və 45 nəfər bina sakini təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti