...

Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə Materials 9 İyun 2013 13:31 (UTC +04:00)
Şəkinin İnçə kəndi yaxınlığında yol qəzası baş verib.
Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəkinin İnçə kəndi yaxınlığında yol qəza hadisəsi baş verib.

Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı Şəkinin Zunud kənd sakini Sadıqov Elnur Əli oğlu idarə etdiyi Mersedes markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yeni çəkilən yolun kənarındakı torpağa çırpılıb.

Hadisə zamanı sürücü ilə yanaşı avtomobildə olan sərnişin Şəkinin Zunud kənd sakini Əliyev Elman Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar yoldan keçənlərin köməkliyi ilə dərhal Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəki şəhər polis şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti