...

Bakının Binəqədi rayonunda mənzildə 44 yaşlı qadının meyiti tapılıb

Hadisə Materials 11 İyun 2013 03:21 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 1969-cu il təvəllüdlü İbrahimova Güldanə İbrahim qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bakının Binəqədi rayonunda mənzildə 44 yaşlı qadının meyiti tapılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bakıda mənzildə qadın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda 1969-cu il təvəllüdlü İbrahimova Güldanə İbrahim qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən G. İbrahimova hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb və onun vəfat etdiyi müəyyən olunub.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti