...

Üç gün əvvəl dənizdə batmış şəxsin meyiti tapıldı

Hadisə Materials 11 İyun 2013 18:34 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, iyunun 8-də Binəqədi rayonun ərazisində dənizdə (“Fatmai” sularda xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2001-ci il təvəllüdlü İslam Hüseyn oğlu Musayevin axtarışları başa çatıb.
Üç gün əvvəl dənizdə batmış şəxsin meyiti tapıldı

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Üç gün əvvəl dənizdə batmış şəxsin meyiti tapılıb.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, iyunun 8-də Binəqədi rayonun ərazisində dənizdə ("Fatmai" sularda xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2001-ci il təvəllüdlü İslam Hüseyn oğlu Musayevin axtarışları başa çatıb.

İ.Musayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti