...

Respublikanın bəzi yerlərində yanğın hadisələri baş verib

Hadisə Materials 13 İyun 2013 03:13 (UTC +04:00)
Respublikanın bəzi yerlərin yanğın hadisələri baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.
Respublikanın bəzi yerlərində yanğın hadisələri baş verib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Respublikanın bəzi yerlərin yanğın hadisələri baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Cəlilabad rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 26 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyası və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda inşaat firmasına məxsus ümumi sahəsi 50 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:16-da yanğınsöndürəzlər tərəfindən söndürülüb.

Kürdəmir və Ağsu rayonlarının inzibati ərazi vahidliyində 151 ha biçilmiş taxıl sahəsi yanıb. Digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişli rayonu, Çahar kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şirvan şəhərində vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 169 kv.m olan taxta və lambirdən ibarət çayxana 100 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Ağsu rayonu, Padar kəndində vətəndaşa məxsus 3 ha biçilməmiş, kənd əhalisinə məxsus 20 ha biçilmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus 2 ha kol-kos yanıb. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabirabad rayonu, Şıxsalahlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti