...

Azərbaycanda tonlarla çətənə kolu məhv edilib

Hadisə Materials 13 İyun 2013 13:37 (UTC +04:00)
Daxili işlər orqanları əməkdaşları tərəfindən yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilib.
Azərbaycanda tonlarla çətənə kolu məhv edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Daxili işlər orqanları əməkdaşları tərəfindən yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qaramanlı kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 3 ton 459 kiloqram olan 34254 ədəd, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə Şatırlı kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 840 kiloqram olan 2890 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti