...

Bakıda avtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlardan biri ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 İyun 2013 17:38 (UTC +04:00)
Səbail rayonunda sərnişin avtobusu ciplə toqquşub, 8 nəfər yaralanıb.
Bakıda avtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlardan biri ölüb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 14:13-də əlavə olunub

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Səbail rayonunda sərnişin avtobusu ciplə toqquşub, 8 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün Səbail rayonu, Bibi-Heybət qəsəbəsi ərazisində 205 nömrəli marşrut üzrə hərəkət edən "DAEWOO" markalı avtobus " Toyota Prado" markalı minik avtomobili ilə toqquşub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən mləumata görə, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər xəsarət alıb. Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

***

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdü Seymur Sabir oğlu Həşimov ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti