...

Bakıda qəza nəticəsində yol infrastrukturuna ciddi ziyan vurulub (FOTO)

Hadisə Materials 13 İyun 2013 15:56 (UTC +04:00)
Hava limanı-Mərdəkan-Bilgəh avtomobil yolunun Xəzər rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda qəza nəticəsində yol infrastrukturuna ciddi ziyan vurulub (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Hava limanı-Mərdəkan-Bilgəh avtomobil yolunun Xəzər rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

"Shackman" nəqliyyat vasitəsinin yolun ayırıcı zolağına toxunması nəticəsinə yol təsərrüfatına ziyan dəyib. Hadisə nəticəsində 52 poqonmetr əyrixətli tir, eyni zamanda, bir neçə kvadratmetr sahədə daş döşəmələrə ziyan vurulub.

Onun sözlərinə görə, hadisə nəticəsində metal çəpərlərə dəymiş ziyanın ölçüsü 6000 manat təşkil edir.

"Azəryolservis" ASC və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində olub və baş vermiş qəzanı aktlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti