...

İki avtomobilin toqquşması nəticəsində yol infrastrukturuna ziyan vurulub

Hadisə Materials 14 İyun 2013 14:49 (UTC +04:00)
Bakı Dairəvi Bir avtomobil yolunun 7-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində yol infrastrukturuna ziyan vurulub

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

"Bakı Dairəvi-1" avtomobil yolunun 7-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, "KİA" və "Nissan" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində yol təsərrüfatına ziyan dəyib. Hadisə nəticəsində yolun ortasında olan 20 poqonmetr əyrixətli tirə ziyan vurulub.

Onun sözlərinə görə, hadisə nəticəsində əyrixətli tirə dəymiş ziyanın ölçüsü 1600 manat təşkil edir.

"Azəryolservis" ASC və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində olub və baş vermiş qəzanı aktlaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti