...

Türkiyədə etirazlar səngimir

Hadisə Materials 16 İyun 2013 19:22 (UTC +04:00)
Trend "CNN Türk" telekanalına istinadən məlumat verir ki, hazırda İstanbulun Harbiye məhəlləsi, Şişli rayonu və digər ərazilərində aksiyalar keçirilir.
Türkiyədə etirazlar səngimir

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Türkiyədə etirazlar davam edir.

Trend "CNN Türk" telekanalına istinadən məlumat verir ki, hazırda İstanbulun Harbiye məhəlləsi, Şişli rayonu və digər ərazilərində aksiyalar keçirilir.

Taksim meydanına gedən bütün yollar bağlanıb.

Polis daş və müxtəlif əşyalar atan etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.

İstanbulun Beşiktaş rayonunda keçirilən aksiyalar zamanı isə saxlanılanların olduğu bildirilir.

Həmçinin, paytaxt Ankarada, xüsusilə Qızılay meydanında polislə nümayişçilər arasında qarşıdurma davam edir.

Xəsarət alanlar barədə məlumat verilmir.

İstanbulun Qazlıçeşmə rayonunda isə Baş nazir R.T.Ərdoğanın tərəfdarları "Milli iradəyə ehtiram mitinqi" keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti