...

Sumqayıtda ağır yol qəzası baş verib

Hadisə Materials 17 İyun 2013 14:07 (UTC +04:00)
Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Sumqayıtda ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyunun 16-da H.Zeynalabdin qəsəbəsinin ərazisində Hacıqabul şəhər sakini Yaqub Məmmədovun idarə etdiyi "Volkswagen" markalı və Yardımlı rayon sakini Aqşin Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış hər 2 sürücü və Y.Məmmədovun sərnişinləri, Hacıqbul şəhər sakinləri Vüsalə Soltanova və Tamamnaz Məmmədova xəstəxanaya yerləşdiriliblər. A.Quliyev orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti