...

Bakıda narkotik “anbarı” aşkar edilib

Hadisə Materials 24 İyun 2013 11:46 (UTC +04:00)
Bakıda külli miqdarda narkotik vasitə hesab edilən çətənə kolu və marixuana aşkar edilib.
Bakıda narkotik “anbarı” aşkar edilib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda külli miqdarda narkotik vasitə hesab edilən çətənə kolu və marixuana aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Tərxan Manafovun həyətində yerləşən istixanada fəhlə işləyən Ramana qəsəbə sakini Vüqar Qurbanovun əkib becərdiyi yaş çəkisi 6 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilib.

Bundan əlavə, Qurbanovun yaşadığı evə baxış keçirilərkən əlavə olaraq 6 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.

İdarənin Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Albalılıq yeni yaşayış sahəsində yaşayan Heybət Hüseynovdan ümumi çəkisi 120 qramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib.

Hər iki fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti