...

Salyanda İran vətəndaşı batıb

Hadisə Materials 24 İyun 2013 23:05 (UTC +04:00)
Salyanın Akkuşa çayında İran vətəndaşı batıb.
Salyanda İran vətəndaşı batıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Salyanın Akkuşa çayında İran vətəndaşı batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan rayonu, Seyid Sadıqlı kəndi ərazisində Akkuşa çayında 1989-cu il təvəllüdlü İran İslam respublikasının vətəndaşı Yaşar Ənhari çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, Y.Ənharinin cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti