...

DİN Sumqayıtdakı qanlı olayla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 26 İyun 2013 13:01 (UTC +04:00)
İyunun 25-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsindəki evlərdən birində yaşayan Nübar Nobatəliyevanın evinə gəlmiş qohumu, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Habil Həsənov arasında münaqişə baş verib.
DİN Sumqayıtdakı qanlı olayla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İzzət/

İyunun 25-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsindəki evlərdən birində yaşayan Nübar Nobatəliyevanın evinə gəlmiş qohumu, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Habil Həsənov arasında münaqişə baş verib. Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu zaman H.Həsənov ov tüfəngindən atəş açaraq Nübarı qətlə yetirib və hadisə yerindən qaçıb.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulmuş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi və 24 ədəd patron ondan götürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti