...

Bir gecədə 4 avtomobil yanıb

Hadisə Materials 27 İyun 2013 07:54 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Oğuz rayonunda "Chevrolet Niva" markalı minik avtomobilin akkumulyator hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bir gecədə 4 avtomobil yanıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bir gecədə 4 avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Oğuz rayonunda "Chevrolet Niva" markalı minik avtomobilin akkumulyator hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kürdəmir rayonu Aran qəsəbəsində vətəndaşa məxsus "Москвич" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin müharrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Masallı şəhərində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun salonu yanıb. Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti