...

Nizami rayonunda intihara cəhd olub

Hadisə Materials 29 İyun 2013 00:07 (UTC +04:00)
Nizami rayonunda intihara cəhd olub. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Nizami rayonunda intihara cəhd olub

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Nizami rayonunda intihara cəhd olub. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, vətəndaş intihara cəhd məqsədi ilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyətləri nəticəsində intahara cəhdin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti