...

Bakıda yük avtomobilinə atəş açan şəxs tutulub

Hadisə Materials 7 Avqust 2013 15:20 (UTC +04:00)
Biləcəri qəsəbəsi ərazisində yük avtomaşınına atəş açmış şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.
Bakıda yük avtomobilinə atəş açan şəxs tutulub

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/

Biləcəri qəsəbəsi ərazisində yük avtomaşınına atəş açmış şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Əli Abdullayev xuliqanlıq zəminində Bakı şəhər sakini Elşən Soltanova məxsus "Mercedes" markalı yük avtomaşını istiqamətində ov tüfəngindən 3 dəfə atəş açıb. Nəticədə avtomaşının şüşələri sınıb, xəsarət alan olmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abdullayev saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olan "Ata Arms NEO 12" markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti