...

Abşeronda iki avtomobil toqquşaraq yanıb

Hadisə Materials 29 Avqust 2013 09:27 (UTC +04:00)
Abşeronda yük maşını ilə minik avtomobili toqquşaraq yanıblar.
Abşeronda iki avtomobil toqquşaraq yanıb

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Abşeronda yük maşını ilə minik avtomobili toqquşaraq yanıblar.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində , vətəndaşa məxsus "Zil" markalı, yük avtomobili və digər sürücüyə məxsus "Mercedes" markalı, minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğın nəticəsində hər iki avtomobilinin yanar hissələri yanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır . Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti