...

Bakıda yük maşını taksinin üstünə aşdı (VİDEO)

Hadisə Materials 27 Noyabr 2013 17:00 (UTC +04:00)
Trend xəbər verir ki, hadisə günorta saatlarında paytaxtın Nobel prospektində baş verib. İçi mişar daşları ilə dolu yük maşını hərəkətdə olarkən idarəetməni itirərək yolayrıcındakı döngədə dayanmış, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin üstünə aşıb. Hadisə zamanı minik avtomobili tamamilə yararsız vəziyyətə düşüb, mişar daşları isə yolun ortasına səpələnib.
Bakıda yük maşını taksinin üstünə aşdı (VİDEO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda içi mişar daşları ilə dolu olan yük maşını taksinin üstünə aşaraq onu yerə "yapışdırıb".

Trend xəbər verir ki, hadisə günorta saatlarında paytaxtın Nobel prospektində baş verib. İçi mişar daşları ilə dolu yük maşını hərəkətdə olarkən idarəetməni itirərək yolayrıcındakı döngədə dayanmış, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin üstünə aşıb. Hadisə zamanı minik avtomobili tamamilə yararsız vəziyyətə düşüb, mişar daşları isə yolun ortasına səpələnib.

Bundan əlavə, toqquşma zərbəsinin təsirindən minik avtomobili ondan daha öndə dayanmış digər taksiyə, o da digərinə çırpılaraq zərcirvari qəza baş verib.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 971 nəfər ölüb, 2558 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaların 864-ü (370 ölüm, 1205 yaralı) toqquşma nəticəsində, 300-ü aşma (146 ölüm, 312 yaralı), 254-ü (98 ölüm, 286 yaralı) maneəni vurma, 755-i (330 ölüm, 976 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma nəticəsində, 707-si (344 ölüm, 622 yaralı) isə sürət həddinin aşılması nəticəsində baş verib. Hadisələrin 846-sı Bakının payına düşür. Paytaxtda baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti