...

Bakıda mağazaların "qənimi" tutulub

Hadisə Materials 4 Dekabr 2013 09:54 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, Suraxanı RPİ 33-cü PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev yaxalanıb.
Bakıda mağazaların "qənimi" tutulub

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Bakıda mağazaların "qənimi" tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, Suraxanı RPİ 33-cü PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev yaxalanıb.

Məlum olub ki, o, sentyabrın 24-də Yeni Günəşli qəsəbəsində yerləşən, Asəf Bayramova məxsus mağazadan 70 manat, danışıq kartları və tütün məmulatı, oktyabrın 5-də Arzu Salamzadəyə məxsus aptekdən 191 manat və bankomat kartı, oktyabrın 17-də Təranə Muxtarovaya məxsus mağazadan danışıq kartları, 940 manat, 200 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və bankomat kartları, noyabrın 5-də isə Rəhim Kərimova məxsus mağazadan 70 manat və danışıq kartları oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti